“Əsas Məsələ”də işğaldan azad edilmiş torpaqlarımızda davam etdirilən yenidənqurma işləri müzakirə olunub (VİDEO)

Azad edilən torpaqlarda bizim böyük su mənbələrimiz mövcuddur və su mənbələrimiz orada formalaşır.Bu barədə Prezident İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən çıxışında bildirib.

Trend xəbər verir ki, bu gün AzTV-nin “Əsas Məsələ ” verilişinin əsas mövzusu da azad edilmiş torpaqlarımızda davam etdirilən yenidənqurma işləri olub. Verilişin qonaqları Milli Məclisin deputatı Vuqar Bayramov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev və siyasi analitik Turab Rzayev bildiriblər ki, su mənbələrindən səmərəli istifadə prioritet məsələdir. Melorasiya sahəsində də yeni texnologiyalar tətbiq olunacaq. Bu, su ehtiyyatlarından daha səmərəli istifadəyə imkan verəcək.

Verilişi Azərbaycan Televiyasının (AzTV) rəsmi Youtube kanalından izləyə bilərsiniz.

İnformasiya dəstəkçisi TREND

Teqlər: