İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupunun üzvlərinin Gəncəyə və işğaldan azad olunmuş ərazilərə səfəri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu missiyanın tərkibində təmsil olunanların əksəriyyəti 44 günlük Vətən müharibəsindən sonra ilk dəfə idi ki, həmin ərazilərə səfər edirdi.
Trend xəbər verir ki, bu gün AzTV-nin “Əsas Məsələ ” verilişinin əsas mövzusu da İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvlərinin işğaldan azad olunmuş ərazilərə səfəri olub. Verilişin qonaqları Milli Məclisin deputatı Nəsib Məhəməliyev, Tarix İnstitutunun icraçı direktoru Cəbi Bayramov və siyasi şərhçi Elşən Məcidov bildiriblər ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr Qarabağ məsələsində Azərbaycanın mövqeyini daim müdafiə edib.Təşkilat postmüharibə dövründə də Azərbaycana öz dəstəyini göstərməkdədir. Qeyd olunub ki, üzv ölkələr yeni dövrdə həm də bərpa prosesində Azərbaycanın yanındadırlar. İndiki mərhələdə işğaldan azad olunmuş ərazilərdəki vəziyyətin dünyaya çatdırılması çox vacibdir.Bu baxımdan da səfər mühüm əhəmiyyət kəsb edir.
Verilişi Azərbaycan Televiyasının (AzTV) rəsmi Youtube kanalından izləyə bilərsiniz.
https://www.youtube.com/watch?v=zRnhZRveMe0
İnformasiya dəstəkçisi TREND