“Əsas Məsələ”də Ermənistandakı erkən seçkilərə hazırlıq və bu ölkədəki siyasi böhran müzakirə olunub

Vətən müharibəsində Azərbaycanın işğalçı Ermənistan üzərində möhtəşəm qələbəsi tariximizə qızıl hərflərlə yazıldı. Hazırda erməni cəmiyyəti məğlubiyyətin şokunu yaşayır. Ermənistanda erkən seçki marafonunda zaman daraldıqca daxili siyasi durum gərginləşməkdədir.

AzerTimes xəbər verir ki, bu gün AzTV-nin “Əsas Məsələ ” verilişinin əsas mövzusu da Ermənistandakı erkən seçkilərə hazırlıq və bu ölkədəki siyasi böhran olub. Verilişin qonaqları millət vəkili Arzu Nağıyev, politoloq Xəyal Bəşirov və siyasi şərhçi Elşən Məcidov bildiriblər ki, Azərbaycan qarşısında ağır məğlubiyyətə uğrayandan sonra ciddi qarşıdurma və xaosun hökm sürdüyü Ermənistanda qeyri-müəyyən vəziyyət davam edir. Ölkədə siyasi qüvvələr arasında toqquşmalar yeni fazaya keçib. Müxtəlif sosioloji sorğular isə xalqın heç bir siyasi qüvvəyə etimadının qalmadığını təsdiq edir. Qeyd olunub ki, bəzi dövlətlərin bölgə ilə bağlı beynəlxalq hüquqa zidd olan mövqeyi isə təəssüf doğurur.

Verilişi Azərbaycan Televiyasının (AzTV) rəsmi Youtube kanalından izləyə bilərsiniz.

İnformasiya dəstəkçisi TREND

Teqlər: