“Əsas Məsələ”də Ermənistandakı erkən seçkilərə hazırlıq və bu ölkədəki mövcud xaos müzakirə olunub

Vətən müharibəsində Azərbaycanın işğalçı Ermənistan üzərində möhtəşəm qələbəsi tariximizə qızıl hərflərlə yazıldı. Hazırda erməni cəmiyyəti məğlubiyyətin şokunu yaşayır. Ermənistanda erkən seçki marafonunda zaman daraldıqca daxili siyasi durum gərginləşməkdədir.

AzerTimes xəbər verir ki, bu gün AzTV-nin “Əsas Məsələ” verilişinin əsas mövzusu da Ermənistandakı erkən seçkilərə hazırlıq və bu ölkədəki mövcud xaotik vəziyyət olub. Verilişin qonaqları millət vəkili Elşad Mirbəşiroğlu, siyasi şərhçi Elxan Şahinoğlu və Qafqazşünaslıq İnstitutunun şöbə müdiri Vahid Ömərov bildiriblər ki, Azərbaycan qarşısında ağır məğlubiyyətə uğrayandan sonra ciddi qarşıdurma və xaosun hökm sürdüyü Ermənistanda qeyri-müəyyən vəziyyət davam edir. Paşinyan hakimiyyətinin növbədənkənar parlament seçkiləri keçirməyə razı olması belə məğlub ölkədəki siyasi böhranın dərinləşməsinin qarşısını almaq iqtidarında deyil.

Qeyd olunub ki,ekspertlər seçkilərdən sonra Ermənistanda siyasi qarşıdurmanın vətəndaş müharibəsinə çevrilə biləcəyini istisna etmirlər.

Verilişi Azərbaycan Televiyasının (AzTV) rəsmi Youtube kanalından izləyə bilərsiniz.

İnformasiya dəstəkçisi TREND

Teqlər: