“Əsas Məsələ”də əfv sərəncamı və Co Baydenin dövlət başçısına ünvanladığı təbrik məktubu müazkirə olunub (VİDEO)

Prezident İlham Əliyev ötən gün növbəti humanist addım olaraq, “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzaladı. ABŞ Prezidenti Co Baydenin Novruz bayramı münasibətilə dövlət başçısı İlham Əliyevə ünvanladığı təbrik məktubunda isə Birləşmiş Ştatların Azərbaycanla əməkdaşlığı bundan sonrakı dövrdə də davam etdirməyə sadiqliyi ifadə olunur. Hər iki mühüm hadisə bu gün AzTV-nin “Əsas Məsələ ” verilişinin əsas müzakirə mövzusu olub. Bundan başqa proqramda Prezident İlham Əliyevin işğaldan azad olunan torpaqlarımıza səfərlərinin Ermənistanda niyə siyasiləşdirilməsi məsələsinə də toxunulub.

Verilişin qonaqları Milli Məclisin deputatları Mahir Abbaszadə və Cavid Osmanov,siyasi şərhçi Murad Saddədinov və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqov hər üç mövzunun əhəmiyyətinə toxunublar.

Verilişi Azərbaycan Televiyasının (AzTV) rəsmi Youtube kanalından izləyə bilərsiniz.

İnformasiya dəstəkçisi TRENDs

Teqlər: