Aprelin 13-də Prezident İlham Əliyevin “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusuna həsr edilən beynəlxalq konfransın iştirakçıları ilə görüşü beynəlxalq hüquqa, sülhə, təhlükəsizliyə və Cənubi Qafqazda regional sabitliyə münasibətdə Azərbaycan rəhbərliyinin baxışını və ədalətli, dəyişməz siyasətini növbəti dəfə nümayiş etdirdi.
Trend xəbər verir ki, bu gün AzTV-nin “Əsas Məsələ ” verilişinin əsas mövzusu da ADA universitetində keçirilən konfrans olub. Verilişin qonaqları Milli Məclisin deputatı Hikmət Babaoğlu, İstanbul Universitetinin professoru Əhməd Uysal və Gürcüstan İctiami Televizisiyasının əməkdaşı olan Gioergi Qvemradze bildiriblər ki, konfransda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın Vətən müharibəsində əldə etdiyi nailiyyətləri sülhə çevirmək, həmçinin qazanılan hərbi qələbəni regionda sabitliyin və rifahın təmin olunması kimi nəcib məqsədlərə çevirməyə sadiqliyini nümayiş etdirdi.
İnformasiya dəstəkçisi TREND