Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi planlaşdırılır. Bu barədə Baş nazir Nikol Paşinyan “Facebook”da bildirib. Bu gün AzTV-nin “Əsas Məsələ ” verilişinin əsas mövzusu da Ermənistandakı siyasi böhran, daxili vəziyyət və yeni reallıqlar olub.
Verilişin qonaqları Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu ,siyasi şərhçilər Rufiz Qonaqov və Sahil İskəndərob bildiriblər ki, Ermənistan artıq siyasi böhran burulğanındadır.Ölkə daxilində toqquşmalara dərinləşir. Revanşist qüvvələrlə Baş Nazir Nikol Paşinyanın tərəfdarları faktiki olaraq mitinq yarışındadırlar. Ermənistanda xalq iqtidarı qəbul etmir, ancaq müxalifətə də etimad göstərmir. Çıxışlarda qeyd olunub ki,bölgədə artıq hər kəs yeni reallıqları qəbul etməlidir. Azərbaycan qələbə sayəsində bölgədəki status-kvonu dəyişib.
Verilişi Azərbaycan Televiyasının (AzTV) rəsmi Youtube kanalından izləyə bilərsiniz.
https://www.youtube.com/watch?v=xKnT0LX03fE
İnformasiya dəstəkçisi TREND