“Əsas Məsələ”də bu dəfə Cənubi Qafqazda fəal əməkdaşlıq və inteqrasiya məsələləri müzakirə olunub (VİDEO)

Nizami Gəncəvi Mərkəzinin təşkilatçılığı ilə keçirilən videokonfrans vasitəsilə dövlətimizin və regionun gələcəyi ilə bağlı baxışlarımızın dünyaya çatdırılması mühüm əhəmiyyət kəsb edir. “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə Prezident İlham Əliyev tərəfindən iştirakçıların suallarının ətraflı cavablandırılması ilə beynəlxalq ictimaiyyətə mühüm mesajlar verildi. Bununla da Azərbaycanın birmənalı mövqeyi yenidən ortaya qoyuldu.

Trend xəbər verir ki, bu gün AzTV-nin “Əsas Məsələ” verilişinin əsas mövzusu da Cənubi Qafqazda fəal əməkdaşlıq və inteqrasiya məsələləri olub.

Verilişin qonaqları millət vəkili Hikmət Məmmədov, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri Elnur Əliyev və politoloq Zaur Məmmədov bildiriblər ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə videoformatda keçirilən müzakirələr beynəlxalq aləmdə böyük maraqla qarşılanıb. Çünki bu mövzu qlobal gündəlikdə duran zəruri məsələlərdəndir.Bu yaxınlarda Cənubi Qafqaz regionunda köklü dəyişikliklər baş verib və Ermənistanın 30 illik işğalına son qoyulub. Qeyd olunub ki, regionda yaranmış yeni vəziyyət yeni yanaşmalar tələb edir.

Verilişi Azərbaycan Televiyasının (AzTV) rəsmi Youtube kanalından izləyə bilərsiniz.

İnformasiya dəstəkçisi TREND

Teqlər: