“Əsas Məsələ”də bu dəfə ölkəmizdə başlayan Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri müzakirə olunub.
Trend xəbər verir ki, verilişdə Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri və bu ölkədəki son günlərdəki siyasi mühitədə toxunulub.
Aprelin 8-də ölkəmizdə Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başlayıb.Təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçirilir. Bu gün AzTV-nin “Əsas Məsələ ” verilişinin əsas mövzusu da Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri olub. Verilişin qonaqları Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva və Milli Məclisin deputatı Aqil Abbas bildiriblər ki, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə əlaqələr mühüm nəticələr verir. İki qardaş ölkə arasında hərbi sahədə də uğurlu əlaqələr qurulub. Qonaqlar Ermənistanda iyun ayında keçiriləcək növbədənkənar seçkilər və Nikol Paşinyanın Rusiyaya səfəri ilə bağlı məsələlərə də münasibət bildiriblər.
Verilişi Azərbaycan Televiyasının (AzTV) rəsmi Youtube kanalından izləyə bilərsiniz.
İnformasiya dəstəkçisi TREND