“Əsas Məsələ”də Aleksandr Lukaşenkonun Azərbaycana səfəri müzakirə olunub (VİDEO)

Azərbaycan və Belarus münasibətləri artıq yeni mərhələyə qədəm qoyur. İki ölkə arasında siyasi, iqtisadi və ticarət sahəsində uğurlu əməkdaşlıq mövcuddur. Artıq Belarus şirkətləri işğaldan azad olunan ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinə cəlb olunacaq. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri və Prezident İlham Əliyevlə apardığı səmərəli danışıqların nəticələri də bunu deməyə əsas verir.

Trend xəbər verir ki, bu gün AzTV-nin “Əsas Məsələ ” verilişinin əsas mövzusu da işğaldan azad olunan ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinə tərəfdaş ölkələrin cəlb olunması məsələsi olub. Verilişin qonaqları Milli Məclisin deputatı Cavid Osmanov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərova və politoloq Sahil İsgəndərov bildiriblər ki, Belarus Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir.

Qeyd olunub ki, Belarus həm də Azərbaycan üçün etibarlı tərəfdaşdır. Verilişdə ADA Univeristetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransa da toxunulub.

Verilişi Azərbaycan Televiyasının (AzTV) rəsmi Youtube kanalından izləyə bilərsiniz.

İnformasiya dəstəkçisi TREND

Teqlər: