Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistanın 2020-ci ildə əldə etdiyi atəşkəs razılaşmasından sonra baş vermiş bir sıra müsbət nəticələri alqışlayır. Bu barədə qurumun yaydığı bəyanatda deyilir. Bu gün isə “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi buraxılıb. Birliyin bununla bağlı müraciətində bildirilir ki, “Qarabağa dönüş” adlı ictimai birlik yaradılıb.
Trend xəbər verir ki, bu gün AzTV-nin “Əsas Məsələ” verilişinin əsas mövzusu da Avropa İttifaqının yaydığı bəyanat və ”Qarabağa dönüş” adlı ictimai birliyin yaradılması olub. Verilişin qonaqları millət vəkili Sevil Mikayılova, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə və politoloq Sahil İsgəndərov bildiriblər ki, Ermənistan minaların xəritələrini təqdim etməlidir. Avropa İttifaqının bəyanatında bu məqamlar öz əksini tapıb. Verilişə videobağlantı vasitəsi ilə qoşulan Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib ki,yeni tarixi reallığa uyğun addım atıldı və “Qarabağa dönüş” adlı ictimai birlik yaradıldı.
Verilişi Azərbaycan Televiyasının (AzTV) rəsmi Youtube kanalından izləyə bilərsiniz.
İnformasiya dəstəkçisi TREND