“Əsas Məsələ”də ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanat müzakirə olunub (VİDEO)

Qondarma erməni “soyqırımı” əksər güclərin əlində siyasi alətə çevrilib. Bu silah zaman-zaman qardaş Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə olunub. ABŞ Prezidenti Co Baydenin “soyqırımı” ifadəsini işlətməsi beynəlxalq məhkəmə deyil və indiyədək verilmiş çoxsaylı bəyanatlardan biridir. ABŞ prezidentinin açıqlamsı həm də bu ölkənin nüfuzuna xələl gəitir.

AzerTimes xəbər verir ki, bu gün AzTV-nin “Əsas Məsələ” verilişinin əsas mövzusu da Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanat olub. Verilişin qonaqları tədqiqatçı alim Nəsiman Yaqublu, professor Kamil Səlimov, millət vəkilləri Arzu Nağıyev və Soltan Məmmədov bildiriblər ki, qondarma “soyqırımı” iddiaları tarixin ən böyük yalanı və saxtakarlığıdır. ABŞ-ın dövlət başçısının belə bəyanatı heç bir tarixi faktlara əsaslanmır və özündə demokratik prinsipləri əks etdirmir. 1915 il hadisələrinin “erməni soyqırımı” adlandırılması ABŞ-ın dövlət siyasətinin erməni lobbisinin təsiri altında aparılmasına sübutdur. Əslində, ABŞ Prezidenti bu ifadədən Türkiyəyə qarşı təzyiq və təhdid vasitəsi kimi istifadə edir.

Verilişi Azərbaycan Televiyasının (AzTV) rəsmi Youtube kanalından izləyə bilərsiniz.

İnformasiya dəstəkçisi TREND

Teqlər: