Əsas məsələ sülh və təhlükəsizlikdir – “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)

Azərbaycan 30 ildir dünyanın ən böyük, ən nüfuzlu təşkilatı olan
BMT-nin üzvüdür. Ölkəmiz özünə BMT-nin məsuliyyətli üzvü kimi
etimad qazanıb, ali qurumun Nizamnaməsində əksini tapmış məqsəd və
prinsiplərə hər zaman töhfə verib. Sülh və təhlükəsizlik
missiyasında ölkəmiz hər zaman fəallığı ilə seçilib.

AzerTimes-ın məlumatına görə, Elnar Məmmədlinin təqdimatında
AzTV-nin “Əsas məsələ” verilişində “Əsas məsələ sülh və
təhlükəsizlikdir” mövzusunda aparılan müzakirələr zamanı bu barədə
ətraflı danışılıb. Verilişin qonaqları – siyasi şərhçilər Fərəc
Quliyev, Çingiz Qənizadə və Elçin Mirzəbəyli mövzu ətrafında
müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: