Əsas məsələ Cənubi Qafqazın dayanıqlı gələcəyinin qurulması üçün şərtlər yaratmaqdır – Rusiyanın daimi nümayəndəsi

Əsas məsələ Cənubi Qafqazın dayanıqlı siyasi və iqtisadi gələcəyinin qurulması üçün şərtlər yaratmaqdır.

AzerTimes-ın məlumatına görə, bunu ATƏT Daimi Şurasının iclasında Rusiyanın ATƏT-dəki daimi nümayəndəri Aleksandr Lukaşeviç deyib.

O qeyd edib ki, Rusiya ATƏT-in regional münaqişələrin dinc, diplomatik vasitələrlə tənzimlənməsinə töhfə verəcəyinə ümid edir: “Cənubi Qafqazda qəliz vəziyyəti nəzərə alaraq Qarabağ məsələsində kömək göstərilməsinə tələbat var. Əsas məsələ humanitar məsələlərin həlli, regionun dayanıqlı siyasi və iqtisadi gələcəyinin qurulması üçün şərtlərin yaradılmasıdır”.

Rusiyalı rəsmi vurğulayıb ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatı bu yolu müəyyən edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: