Əsas məqsədimiz ölkədə səhiyyə xidmətlərinin bütün sferalarının əlçatan olmasıdır – TƏBİB sədri

Xəbər - Çingiz Səfərli -Trend:

Tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması əsas hədəfimizdir.

AzerTimes-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, TƏBİB ölkədə səhiyyə sahəsində transformasiyanın, islahatların həyata keçirilməsində mühüm rola malikdir:

“Bir çox həmkarlar adımızı pandemiya ilə yanaşı çəkirlər və düşünürlər ki, TƏBİB sadəcə pandemiya ilə mübarizə üçün yaranmış qurumdur. Ancaq pandemiya ilə mübarizə bəlkə də bizim fəaliyyətimizin kiçik bir hissəsidir. Əsas məqsədimiz ölkədə səhiyyə xidmətlərinin bütün sferalarının əlçatan olmasıdır. Səhiyyə xidmətləri bütövlükdə transformasiya olunmaqla növbəti mərhələyə hazırlanmalıdır. Ən mühüm hissəsi isə ilkin səhiyyə xidmətləridir. O ölkələr pandemiya ilə mübarizə apara bildilər ki, onların qoruyucu səhiyyə xidmətləri yaxşı inkişaf edib”.

Teqlər: