Əsas məqsədimiz keçmiş məcburi köçkünlərin tezliklə öz torpaqlarına qayıtmasıdır – Emin Hüseynov

Şuşa. Trend:

İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri
sürətlə davam etməkdədir. Əsas məqsədimiz keçmiş məcburi
köçkünlərin tezliklə öz dədə-baba torpaqlarına qayıtmasıdır.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Respublikası
Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad
edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi
Emin Hüseynov Dünya Azərbaycanlılarının Şuşada keçirilən V
Qurultayında deyib.

“Artıq 30 illik həsrətə son qoyulub. Ona görə də nəyin bahasına
olursa-olsun, biz bu işləri yüksək səviyyədə həyata keçirəcəyik.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilər
böyük coğrafiyadır. İşğal dövründə Ağdam, Füzuli yer üzündən
silinib, yüzlərlə kəndimiz, qəsəbələrimiz ermənilər tərəfindən
dağıdılıb, viran qoyulub.

Lakin buna baxmayaraq, Azərbaycan xalqı sülhsevər xalqdır və biz
bu gün sülh mesajı ilə çıxış edirik. Biz sülh içində yaşamaq
istəyirik. Biz millətindən, irqindən, dinindən asılı olmayaraq,
bütün Azərbaycan vətəndaşlarının konstitusion hüquqlarını təmin
etməyə hazırıq və bundan sonra da hazır olacağıq”, – deyə
E.Hüseynov bildirib.

Teqlər: