Əsas məqsədim Yay Universiadasında iştirak etməkdir – Slovakiyalı gimnast

Trend Azərbaycan Gimnastika Federasiyasının mətbuat
xidmətinə istinadən bədii gimnastika üzrə Slovakiya yığma
komandasının üzvü Adriana Timkova ilə müsahibəni təqdim
edir.

– Adriana, Azərbaycana xoş gəlmisiniz. Özünüz barədə
oxucularımıza bir qədər məlumat verərdiniz.

– Mənim 19 yaşım var. Mən Slovakiyada yaşayıram, amma Çex
Respublikasında anadan olmuşam. 7 yaşımdan gimnastika ilə məşğul
oluram. Məni bu növə valideynlərim yazdırıblar. Təsadüf nəticəsində
idmana gəlsəm də, sonradan bu sahədə bir sıra uğurlara imza
atmışam.

– Azərbaycanda keçirilən məşqlər barədə fikirlərinizi
bilmək istərdik.

– Buradakı məşqlərdə iştirakımda əsas məqsəd idman formamı
saxlamaq və alətlərlə texnikamı təkmilləşdirməkdir. Hazırda dünyada
COVID-19 pandemiyası ilə əlaqədar çətin vəziyyət mövcuddur.
Azərbaycanda məşq üçün yaxşı imkanlar, peşəkar məşqçilər var.
Arenadakı şəraiti necə dəyərləndirirsiniz?


Bura mənim çox xoşuma gəlir. Əla şərait var. Tavan hündürdür,
çoxlu məşq xalçaları, məşqçilər, bizə örnək olacaq kifayət qədər
peşəkar gimnastlar var.

– Qarşıda hansı planlarınız var?

– Həmişə bir məqsədim olub: özümü təkmilləşdirmək, öz üzərimdə
daha çox işləmək. Məhz buna görə bura gəlmişəm. Bu il isə mənim
əsas məqsədim Yay Universiadasında iştirak etməkdir.

Teqlər: