Əsas hədəf Rusiyanı cilovlamaqdır – Estoniya

Əsas hədəf Rusiyanı cilovlamaqdır – Estoniya

Avropanın təhlükəsizliyi və sabitliyi baxımından ən effektiv strategiya Rusiyanı iqtisadi, siyasi və hərbi baxımdan cilovlamaqdır.

AzerTimes xəbər verir ki, bunu Estoniya Prezidenti Alar Karis deyib.

“Hərbi baxımdan NATO-nun “etibarlı cilovlamaq siyasəti” Rusiyanın mümkün təcavüzünə tab gətirmək bacarığı deməkdir. Ola bilər ki, Rusiya müharibəni uduzur, lakin hələ də oradan gələn kəskin təhlükəni qiymətləndirməmək səhv olardı”, – Karis deyib.

O bildirib ki, Ukraynada müharibə bitməkdən çox uzaqdır və Qərb onun həlli üçün töhfəsini verməlidir:

“Yarımçıq, yaxud dondurulmuş münaqişə Avropanın ürəyində iltihablı yara kimi olar və uzun illər bizi Rusiya ilə münaqişədə saxlayar”.

Teqlər: