Əsa ilə gəzən iki qazi veteran adı ala bilmir

Əsa ilə gəzən iki qazi veteran adı ala bilmir

Dünən yüzdən çox şəxs qəbul etmişəm. Şəhid ailələri və qazilərlə bağlı məsələlərə görə Milli Məclisdə dinləmə keçirməyi ötən dəfə də təklif etmişdim. Amma keçirilmədi. İndi də hesab edirəm ki, belə bir dinləməyə ehtiyac var.

AzerTimes xəbər verir ki, bunu parlamentin iclasında deputat Vahid Əhmədov deyib.

O bildirib ki, dünən iki qazi ilə söhbət edib: “Yanıma gəlmişdilər, nə veteran vəsiqəsi ala bilirlər, nə də başqa şeyləri. İkisi də əsa ilə gəzir. Getmədikləri yer qalmayıb”.

Vahid Əhmədov bildirib ki, oğlu şəhid olan başqa bir xanımı da qəbul edib:

“Həmin xanımın övladı sülhməramlı tərkibində İraqda xidmət edib və 2008-ci ildə şəhid olub. Şəhid anasının getmədiyi yer qalmayıb. Sonda o, Prezidentin köməkçisi Məhərrəm Əliyevin yanında olub. Məhərrəm müəllim də ona deyib ki, qanunda bu məqam yoxdur, qanun dəyişdikdən sonra bu problem həllini tapa bilər. Təsəvvür edin ki, bizim sülhməramlı tərkibində İraqa göndərdiyimiz əsgər şəhid olur, amma ona status verə bilmirik. Niyə? Əgər sülhməramlıların tərkibində gedib şəhid olursa, ona status verilməlidir”.

Teqlər: