Ərzaq təhlükəsizliyinin təmini ilə bağlı yeni mexanizmin hazırlanması üçün təkliflər verilib – Nazir müavini

Ərzaq təhlükəsizliyinin təmini ilə bağlı yeni mexanizmin
hazırlanması üçün təkliflər vermişik.

AzerTimes-ın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini
Sevinc Həsənova Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin
dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi
zamanı deyib.

O qeyd edib ki, bu təkliflər qəbul edilib. Nazir müavini
vurğulayıb ki, təkliflərə ərzaq məhsulları istehsal edən
müəssisələrə, sahibkarlara, kənd təsərrüfatı ilə məşğul olan
şirkətlərə subsidiyaların, güzəştli kreditlərin verilməsi
daxildir.

Teqlər: