Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ərzaq satışı obyektlərində monitorinqləri davam etdirir.
AQTA-dan Yenicag.az-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən 127 ərzaq satışı obyektində monitorinqlər həyata keçirilib.
Monitorinq keçirilən 90 ərzaq satışı müəssisəsində ümumilikdə 157 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, eyni zamanda sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində normativ texniki sənədlərin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
www.yenicag.az