Ərzaq qiymətləri rekord həddə çatıb – Quterreş

Ərzaq qiymətləri rekord həddə çatıb – Quterreş

Ukraynada müharibənin təsirləri 2022-ci ildə qida çatışmazlığı ilə üzləşən insanların sayını 47 milyon nəfərə çatdıra bilər.

AzerTimes xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş deyib.

“Ərzaqdan ciddi şəkildə məhrum olan insanların sayı son illər iki dəfə artıb. Dünyada hər beş işçidən üçü pandemiyadan əvvəlkindən daha az maaş alır. Müharibə görünməmiş aclıq və yoxsulluq dalğası ilə təhdid edir, sosial və iqtisadi xaos yaradır. Ərzaq qiymətləri demək olar ki, rekord həddə çatıb. Gübrə qiymətləri iki dəfədən çox artıb”, – Quterreş qeyd edib.

Teqlər: