Ərsin Tatarın şərəfinə ziyafət verildi

Ərsin Tatarın şərəfinə ziyafət verildi

Bakıda Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatarın şərəfinə rəsmi ziyafət verilib.

AzerTimes-ın xəbərinə görə, ziyafətdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin deputatları, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Şimali Kiprin Bakıdakı nümayəndəsi Ufuk Turqaner, türkiyəli və azərbaycanlı iş adamları, diplomatlar və media nümayəndələri iştirak edib.

Əvvəlcə Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Respublikasının ərazi bütüvlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Daha sonra Şimali Kipr Türk Respublikası ilə əlaqədar tanıtım filmi nümayiş etdirilib.

Ziyafətdə çıxış edən Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar bildirib ki, Azərbaycanla Şimali Kipr arasında bütün sahələrdə münasibətlərin möhkəmləndirilməsi üçün ortaya qoyduğu siyasi iradəyə görə Prezident İlham Əliyevə təşəkkür edib.

O, son dövlərdə Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikası arasındakı münasibətlərin daha da dərinləşməsindən məmnunluğunu ifadə edib:

“Bizim həm dildə, həm də fikirdə birgə hərəkət etməyimiz gələcək üçün bir ümid olacaq. Ümid edirəm ki, bundan sonra bütün sahələrdə münasibətlərimiz daha da güclənəcək”.

Sonda tədbirdə qonaqlara Şimali Kipr Türk Respublikasının milli rəqsləri təqdim olunub.

Qeyd edək ki, Ə.Tatar Azərbaycanda səfərdədir.

Teqlər: