Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.
AzerTimes xəbər verir ki, dövlət başçısı bu barədə X hesabında paylaşıb.
“Azərbaycanın və türk dünyasının yorulmaz müdafiəçisi, Şimali Kipr Türk Respublikasının aşiqi, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın vəfat xəbərini böyük hüznlə öyrəndim. Allah Qənirə Paşayevaya rəhmət eləsin. Ailəsinə və yaxınlarına başsağlığı verirəm”, – Ə.Tatar yazıb.