Ərsin Tatar İlham Əliyevi təbrik etdi

Ərsin Tatar İlham Əliyevi təbrik etdi

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar Azərbaycanın suverenliyini tam təmin etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

AzerTimes xəbər verir ki, o, təbrikini oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşərkən çatdırıb.

Ə.Tatar həmçinin Bakıda təşkil olunan Şimali Kiprin Mədəniyyət Günləri çərçivəsində keçirilən tədbirlərdən məmnunluq ifadə edərək, yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Teqlər: