Ersin Tatar İlham Əliyevə zəng etdi

Ersin Tatar İlham Əliyevə zəng etdi

Aprelin 6-da Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

AzerTimes xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Ərsin Tatar Azərbaycan Milli Məclisində Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasına görə Prezident İlham Əliyevə təşəkkürünü çatdırıb.

Dövlətimizin başçısı parlamentərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasının xalqlarımız arasında əlaqələrin daha da güclənməsinə töhfə verəcəyini qeyd edib.

Teqlər: