Ersin Tatar İlham Əliyevə təşəkkür etdi

Ersin Tatar İlham Əliyevə təşəkkür etdi

Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında Şimali Kipr Türk Respublikasının (ŞKTC) bayrağının Azərbaycanda keçiriləcək tədbirlərdə dalğalanacağını bəyan etməsindən sonra bu ölkənin Prezidenti Ersin Tatar Azərbaycan Prezidentinə təşəkkür edib.

Bu barədə AzerTimes Şimali Kipr Türk Respublikası Prezidentinin rəsmi saytına istinadən xəbər verir.

“Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında Şimali Kipr Türk Respublikasının bayrağının Azərbaycanda keçirilən tədbirlərdə dalğalanacağı barədə bəyanatından məmnun oldum.

Şərqi Aralıq dənizində bir millət, üç dövlət anlayışı ilə bir türk dövləti olan ŞKTC bu anlayışla varlığını davam etdirərkən, Azərbaycanla aramızdakı könül birliyinin, dəyərlərin və eyni millətin ayrılmaz hissəsi olaraq münasibətlərimizin getdikcə dərinləşməsi ən arzumdur.

Cənab Prezident Əliyevə verdiyi bəyanatlara görə təşəkkür edir və ümid edirəm ki, qardaşlığımız, əməkdaşlığımız əbədi olacaq”, – Ersin Tatar bildirib.

Teqlər: