Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü barədə paylaşım edib.
AzerTimes xəbər verir ki, o, Tvitter səhifəsində yazıb:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gəldiyim Konyada Azərbaycan Prezidenti İlham Əliyev ilə səmimi görüşümüz oldu. Görüş zamanı əlaqələrimizin inkişafını müzakirə etdik”.
Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir.