Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
AzerTimes xəbər verir ki, Tatar bununla bağlı Tvitter hesabında paylaşım edib.
“İşğal altındakı torpaqlarını qəhrəmancasına mübarizə apararaq azad edən Azərbaycan xalqını Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm”, – paylaşımda qeyd olunub.