Xəbər - Orxan Nəbiyev – Trend:
Ermənistan Təhlükəsizlik şurasının rəhbəri Armen Qriqoryan vəzifəsini tərk edib.
AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, o, xarici işlər nazirinin birinci müavini təyin olunub.
Bir müddət əvvəl KİV-lər onun nazir təyin oluna biləcəyini yazırdı.
Xatırladaq ki, sabiq nazir Ara Ayvazyan mayın 27-də vəzifədən istefa vermişdi. Ondan sonra nazirin bütün müavinləri də vəzifələrini tərk etmişdi.