Azərbaycan və Ermənistan arasında uzunmüddətli və davamlı sülhü təmin etmək üçün imkan yaranıb.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
“Bizim gözləntilərimiz ondan ibarətdir ki, Ermənistan başqa ölkələrlə deyil, qonşuları ilə əməkdaşlıq mövqeyindən çıxış edəcək”, – nazir qeyd edib.