Ermənistanla sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüş keçirilib

24 may 2022-ci il tarixində, əldə edilmiş razılaşmaların həyata
keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları
əsasında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin
Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher
Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində
Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə
Komissiya formatında ilk görüşü keçirilib.

Tərəflər, delimitasiya və digər məsələlər üzrə Komissiya
çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər.

Komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur
məsələləri müzakirə edilib.

Tərəflər, dövlətlərarası sərhəddə görüşlərlə yanaşı,
Komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin
məqsədəuyğunluğu barədə razılığa gəliblər. Belə ki, ikinci görüşün
Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq
əldə edilib.

Teqlər: