Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi…

Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi…

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürüb.

AzerTimes xəbər verir ki, məsələ ilə bağlı Unikal.az-a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bir müddət sonra Azərbaycanın Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaradacağını bildirib.

T.Zülfüqarov qeyd edib ki, orada gömrük orqanları və həmçinin digər qurumlar da təmsil olunmalıdır:

“İstisna olunmur ki, təhlükəsizlik məsələlərinə bir müddət sülhməramlılar nəzarət edəcək. Yəni, biz burada bölgü aparmalıyıq. Giriş-çıxış, sərhəd qanunlarına uyğun fəaliyyəti bizim dövlət qurumları həyata keçirməlidir.

Beynəlxalq təcrübə onu göstərir ki, sülhməramlı əməliyyat heç vaxt sərhəd funksiyalarını həyata keçirmir. Bu baxımdan biz də istisna olmamalıyıq. Sülhməramlılar yalnız təhlükəsizliyi təmin edirlər. Beynəlxalq qurumlar iki məsələni bir-birinə qarışdırıblar: Nəzarət və blokada. Azərbaycan tərəfi hər zaman bəyan edir ki, bizim məqsədimiz nəzarətdir, blokada yoxdur və ola da bilməz”.

Teqlər: