Hazırda Ermənistanla Türkiyənin xarici işlər nazirlərinin müavinləri arasında iki ölkənin sərhədində gizli görüş keçirilir.
AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə “Oragir” çıxış edib.
Nəşr yazır ki, görüşdə Ermənistanın 10, Türkiyənin 30 nümayəndəsi iştirak edir.
Görüşün mövzusunun nə olduğuna dair məlumat yoxdur.
Qeyd edək ki, bundan əvvəl yayılan məlumatda görüşün Türkiyənin xarici işlər naziri Hakan Fidan və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında olacağı deyilirdi.