
Azərbaycan-Ermənistan sərhədində, Gədəbəy rayonunun İsalı, Dördlər, Novoivanovka, Mormor və Göyəmli kəndlərinə yaxın neytral ərazidə bir neçə gündür davam edən yanğın söndürülüb.
AzerTimes-ın məlumatına görə, relyefin mürəkkəbliyi səbəbindən xüsusi texnikaları yanğının baş verdiyi əraziyə cəlb etmək mümkün olmayıb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin və bölməsinin canlı qüvvəsi tərəfindən söndürülüb.

