Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında danışıqların çətinliyini şişirtməyə ehtiyac yoxdur.
AzerTimes xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Söhbətin çətinliyini şişirtməyə ehtiyac yoxdur. Təbii ki, ikitərəfli münasibətlərimizdə müəyyən problemli mövzular var. Amma digər tərəfdən, iki ölkə arasında qarşılıqlı əlaqə nə qədər sıx olarsa, ikitərəfli münasibətlər kompleksi nə qədər geniş olarsa, orada müxtəlif problemlər bir o qədər tez-tez yaranır və qarşımıza çıxır”, – Peskov vurğulayıb.
O əlavə edib ki, Rusiya Rusiya-Ermənistan münasibətlərində yaranan problemlərin həlli perspektivlərinə nikbin baxmağın tərəfdarıdır.