Erməni iranşünas Vardan Voskanyanın Teleqram kanalı İran mediasının yaydığı Ermənistan-Azərbaycan münaqişəsi kəskinləşəcəyi halda Tehranın mümkün addımlarının qrafik təsvirini dərc edib.
AzerTimes Voskanyanın yaydığı həmin mümkün addımları təqdim edir:
– Hərbi təlimlərin keçirilməsi;
– Diplomatik kanallar vasitəsilə xəbərdarlıq;
– Ermənistanla ikitərəfli hərbi müqavilə imzalanması;
– Dron və raketlərlə məhdud döyüş əməliyyatlarının keçirilməsi;
– Ermənistan ordusuna silah yardımı;
– İranın hərbi məsləhətçiləri tərəfindən Ermənistan Silahlı Qüvvələrinə hərbi logistika dəstəyi.
Qeyd edək ki, Vardan Voskanyan İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kafedra müdiridir.