Ermənistanla İranı birləşdirən yeganə yol bağlandı

Ermənistanla İranı birləşdirən yeganə yol bağlandı

Ermənistanla İranı birləşdirən yeganə yolda yüzlərlə maşın qalıb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan FHN məlumat yayıb.

Bildirilib ki, Tatev-Çertov körpüsündə İrana məxsus yük maşını yolun buz bağlaması səbəbindən sürüşərək, hər iki istiqamətdə hərəkəti bağlayıb. Hazırda yüzlərlə maşın tıxacdadır.

Qeyd edək ki, bu yol Gorus-Qafan yolunun alternatividir. Yolun Azərbaycan ərazisindən keçən hissəsini Bakı öz nəzarətinə götürəndən və yolda sərhəd-keçid və gömrük nəzarəti tətbiq edəndən sonra ermənilər daha ensiz, təhlükəli döngələrlə olan və məsafəni bir neçə dəfə uzadan Tatev yolunu istifadəyə verməyə çalışdılar.

Azərbaycana rüsum ödəməmək və daşıdıqları malları Azərbaycan gömrükçülərindən gizlətmək üçün İran yük maşınları Eyvazlı keçid məntəqəsindən yayınmağa cəhd edir. Dar və sərt döngəli, yük maşınları üçün qətiyyən əlverişli olmayan alternativ yol isə çox vaxt İran TIR-larına fəlakət yaşadır, vaxtaşırı olaraq ciddi qəzalar baş verir.

Teqlər: