Ermənistanla Fransanın münasibəti dəyişir – Minasyan

Ermənistanla Fransanın münasibəti dəyişir – Minasyan

Ermənistanla Fransa arasında münasibətlərin səviyyəsi dəyişir.

AzerTimes xəbər verir ki, bu barədə erməni ekspert Kayts Minasyan yerli mediaya müsahibəsində bildirib.

Onun sözlərinə görə, əməkdaşlığın humanitar və mədəni səviyyəsindən hərbi-siyasi və iqtisadi əməkdaşlıq səviyyəsinə keçid prosesi müşahidə edilir:

“Bu, çox vacibdir”, – o bildirib.

Politoloq hesab edir ki, Fransanın Mərkəzi Asiya, Cənubi Qafqaz, istərsə də Avropa kimi dünyanın müxtəlif regionlarında təsirini saxlamağa kömək edəcək xarici tərəfdaşları olmalıdır.

“Fransa Ermənistanla yaxşı münasibətlərini nəzərə alaraq, regionda mədəni təsirini gücləndirməyə çalışır”, – o əlavə edib.

Minasyan qeyd edib ki, Ermənistan və Fransanın dövlət başçıları səviyyəsində də yaxşı münasibətləri var.

Teqlər: