Ermənistanla bərabərlik: Türkiyə Kuntzla yolları ayırır?

Ermənistanla bərabərlik: Türkiyə Kuntzla yolları ayırır?

Türkiyə Futbol Federasiyası baş məşqçi Stefan Kuntzla yolları ayıra bilər.

AzerTimes xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Buna səbəb kimi, ötən gün Türkiyə millisinin Avro-2024-ün seçmə mərhələsinin 5-ci turu çərçivəsində doğma meydanda Ermənistan yığması ilə bərabər qalması göstərilir.

Nəşr iddia edir ki, Türkiyə millisinin başına son olaraq “Trabzonspor”u çalışdıran Abdullah Avcı gətiriləcək.

Teqlər: