Mərkəzi Asiya artıq önəmli regiona çevrilib.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaponiyalı jurnalistlərlə görüşündə deyib.
Nazir bildirib ki, Şərq-Qərb dəhlizinin əhəmiyyəti artıb:
“Azərbaycan, Gürcüstan da həmin regiondadır. Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında razılıq əldə olunar və Ermənistan da prosesə daxil olar”.
M.Çavuşoğlu onu da söyləyib ki, Türk Dövlətləri Təşkilatı heç bir qurumla rəqabət aparmır.