İyunun 11-də Ermənistan-ABŞ Strateji Dialoqunun yekun görüşündə İrəvan və Vaşinqton arasında “Gömrük orqanları arasında qarşılıqlı yardım haqqında” saziş imzalanıb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirlər Komitəsindən məlumat verilib.
“Bu sazişlə gömrük sahəsində Ermənistan-ABŞ münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur, əməkdaşlığa sadiqliyini təsdiq edir və ikitərəfli əlaqələri gücləndirir”, – məlumatda qeyd olunub.