Xəbər - Orxan Nəbiyev – Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan müdafiə nazirinin birinci müavini Arşak Karapetyanı vəzifədən azad edib.
AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə müvafiq sərəncam imzalanıb.
Qeyd edək ki, A.Karapetyan iyulun 20-də müdafiə nazirinin birinci müavini təyin olunmuşdu. Bundan əvvəl isə o, Baş qərargah rəisinin müavini vəzifəsindən azad edilmişdi.