Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb.
Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən bildirilib.
“Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 20-si saat 21:00-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir. Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda qeyd edilib.