Ermənistanın yalnız Azərbaycanın diktəsi ilə yaşamaq şansı qalıb – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsi Ermənistanın sarsıdıcı məğlubiyyəti, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə nəticələndi. Məhz bu müharibədə ordusu darmadağın olan Ermənistan elə bir vəziyyətə düşüb ki, yalnız Azərbaycanın diktəsi ilə yaşamaq, inkişaf etmək şansı qalıb.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, düşünmək olardı ki, bu ölkənin siyasi rəhbərliyi nəhayət ki, heç olmasa bundan sonra ağıllı qərarlar qəbul etməkdə özünə güc tapacaq:

“Amma görünən odur ki, bu ölkə hələ də işğalçı, təxribatçı mahiyyətindən əl çəkə bilmir. Hər halda Ermənistan tərəfindən sərhəddə mütəmadi olaraq atəşkəsin pozulması belə deməyə əsas verir”.

V.İskəndərovun sözlərinə görə, görünür Ermənistanın siyasi və hərbi rəhbərliyindən təmsil oluananlar bu yolla, yəni, sərhəddə atəşkəsi pozmaqla nəyəsə nail olacaqlaırnı düşünürlər:

“Lakin onlar yanılırlar. Çünki baş verənlər Ermənsitana müsbət heç nə vəd etmir. Əksinə bu cür təxribatçı əməllərdən əl çəkməyəcəkləri təqdirdə bədxah qonşularımız daha da ağır vəziyyətə düşəcəklər.

Hər kəsə məlumdur ki, müharibədə qalib gələn Azərbaycan regionda yeni reallıqlar yaradıb və bu reallıqların fonunda hazırda regionun heç bir dövlətinə Ermənsitanla hər hansı bir iqtisadi əməkdaşlıq maraqlı deyil. Çünki hazırda şərtləri məğlub Ermənistan deyil, qalib Azərbaycan diqtə edir.Ona görə də Ermənistan sərhəddə təxribat törətməyə, atəşkəsi pozmaq kimi əməllərə bir anlıq son qoyaraq, Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır. Əks təqdirdə onlar yenə də başları üzərində Azərbaycanın “dəmir yumruğu”nu görəcəklər”.

Twitter: @ElchinMehdiyev

Teqlər: