Ermənistanın xarici işlər naziri ilə söhbət konstruktiv olub – Ceyhun Bayramov

Ermənistanın xarici işlər naziri ilə söhbət konstruktiv
olub.

Trend-in
məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov
jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Hər kəsə məlumdur ki, Azərbaycan həmişə Ermənistanla
münasibətlərin normallaşmasının tərəfdarı olub”, – deyə nazir
bildirib.

Onun sözlərinə görə, Brüssel görüşü zamanı Azərbaycanın irəli
sürdüyü və Ermənistan tərəfi üçün də əlverişli olan beş əsas bənd
üzrə irəliləyişlər müşahidə olunub.

C.Bayramov, həmçinin bildirib ki, iki ölkə arasında
münasibətlərin bərpası işində irəliləyişlər üçün növbəti addımlar
gözlənilir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: