Ermənistanın üzvlüyünə Türkiyə imkan verməyəcək

Ermənistanın üzvlüyünə Türkiyə imkan verməyəcək

Ermənistanın NATO-ya qoşulma şansı Türkiyə və bir sıra digər ölkələrin mümkün vetosuna görə olduqca aşağıdır.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin alyansdakı keçmiş nümayəndəsi Onur Öymen deyib.

“Ermənistan çoxlu dəyişikliklər etməli olacaq. Fikrimcə, hazırkı qlobal və regional şəraitdə belə bir mövzu NATO-nun gündəliyinə daxil ola bilməz”, – Öymen bildirib.

O xatırladıb ki, alyansa yeni üzv qəbul etmək üçün bütün üzv ölkələrin razılığı lazımdır.

“Bir sıra ölkə veto hüququndan istifadə edərsə, Ermənistan NATO-ya qəbul olunmayacaq. Türkiyənin bəzi məsələlərdə mövqeyi bəllidir, ona görə də hesab edirəm ki, İrəvanın alyansa qəbul olunma şansı son dərəcə aşağıdır və hətta buna icazə verilməməlidir”, – diplomat vurğulayıb.

Teqlər: