Ermənistan parlamentinin üç deputatı – Vahan Hovakimyan, Hayk Koncaryan və Vahe Xalumyan tapılmırlar.
“Zoğavurd” qəzetinin redaktoru Sona Ağekyan hər üç deputatla bağlı çağırış edib:
“Ölkənin dar günündə yoxa çıxmısınız. Milyonlarla vəsaiti mənimsədiniz, bu dövlətdən uzun illər yüksək vəzifə maaşları aldınız. Hazırda vətən borcunu verməyin vaxtıdır. Müharibənin bu qızğın vaxtında haradasınız? Hara yoxa çıxmısınız?”
Sosial şəbəkələrin Ermənistan tərəfdən yayılan xəbərlərə görə, Vahan Hovakimyan, Hayk Koncaryan, Vahe Xalumyan müharibədən qorxaraq ölkədən qaçıblar. Hətta onların gizli marşrutlarla Avropa ölkələrinə getdiyi iddia edilir.