Ermənistanın təxribatları: Tovuz hadisələrindən bir il ötür – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Düşmən daha sonra mövqelərimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmaqda davam edib.

Dşmən təxribatının qarşısı alınarkən Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu – general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir Yaşar Babayev, gizir İlqar Zeynallı, müddətdən artıq hərbi xidmət qulluqçuları Elçin Mustafazadə, Nazim İsmayılov, Vüqar Sadıqov, baş leytenant Rəşad Mahmudov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə yüksəlib. Döyüşlər zamanı Ermənistan ordusunun şəxsi heyəti çoxsaylı itki verib.

AzerTimes-ın məlumatına görə, Ətayə Ələmdarqızının təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Ermənistanın təxribatları – Tovuz hadisələrindən bir il ötür” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Milli Məclisin komitə sədri Qənirə Paşayeva, Milli Məclisin deputatı Elman Nəsirov və politoloq Zaur Məmmədov mövzu ətrafında müzakirə aparıblar.

İnformasiya dəstəkçisi TREND

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: