Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir

Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir

İran Ermənistanın və bütün regionun təhlükəsizliyini özünün təhlükəsizliyi hesab edir.

AzerTimes xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Qafan şəhərində İran Baş konsulluğun açılışında bildirib.

O, İran hökumətinin Ermənistanın Təbrizdə qarşılıqlı prinsiplər əsasında Baş Konsulluğunu açmağa hazır olduğunu xatırladıb.

Nazirin sözlərinə görə, Qafanda Baş Konsulluğun açılması qərarı İran hökuməti və xalqının iki xalq arasında “min illik əlaqələrə” (? – red.) nə qədər böyük əhəmiyyət verdiyini nümayiş etdirir.

Abdullahian qeyd edib ki, İranın siyasəti ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etməkdən ibarətdir.

“Qafan rayonu Şimal-Cənub dəhlizinin ən mühüm hissələrindən biridir. İran Ermənistanı ən mühüm tranzit ölkələrdən biri hesab edir. Biz bütün səylərimizi göstərəcəyik ki, tranzit, yük və sərnişin daşımaları məhz bu yolda inkişaf etsin”.

Teqlər: